×
A
A
A
Sazlamalar

Dekabrın 31-də Bakı bulvarından 2 istiqamətdə ekspress avtobuslar xəttə buraxılacaq

Bakı, 30 dekabr, AZƏRTAC

Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi tərəfindən sərnişinlərə yüksək xidmət göstərilməsinin təmin olunması, eyni zamanda, sərnişinlərin gedəcəkləri istiqamətlərə rahat və təhlükəsiz şəkildə çatdırılması məqsədilə dekabr ayının 31-də Dənizkənarı Milli Park istiqamətindən “20 Yanvar” metro stansiyası və “Həzi Aslanov” metro stansiyası istiqaməti üzrə ekspres marşrutlar təşkil edilməsi ilə bağlı qərar qəbul olunub.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, eyni zamanda, Agentliyin göstərişinə əsasən bayram tədbirləri ilə əlaqədar müntəzəm marşrut xətləri üzrə avtobuslar gecə saatlarınadək xidmət göstərəcək.
Agentlik tərəfindən bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların istehsalat bazalarından reysə çıxmalarının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verilib.
Qeyd edək ki, ekspres marşrut üzrə avtobusların çıxış nöqtəsi Park Bulvarın qarşısı müəyyən olunub.

 

Nəqliyyat 2022-12-30 16:29:00