Azərbaycanla Türkiyə arasında qida məhsullarının idxal-ixracı barədə müzakirə aparılıb
Bakı, 30 dekabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı ilə görüşüb.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Qanunun tətbiqindən irəli gələn məsələlər, bu sahədə səmərəli nəzarət sisteminin qurulması və əhalinin təhlükəsiz qida ilə təmin olunması, qida və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin və ixrac potensialının artırılması barədə müzakirə aparılıb.
Agentliyin sədri qida, bitkiçilik və baytarlıq məhsullarının idxal-ixracı ilə bağlı qanunda nəzərdə tutulan yeniliklər barədə məlumat verib.
Görüş zamanı iki ölkə arasında bitkiçilik məhsullarının idxalı və ixracı, eyni zamanda müvafiq sahədə Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssislərinin Türkiyədə təcrübə keçməsi ilə əlaqədar müzakirələr aparılıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan icması Mayamidə Novruz bayramını qeyd edib
Lerikdə şəhid baş leytenant Əliqismət Yaqublunun ailəsi ziyarət olunub
Şəhid Yusif Budaqovun ailəsi ziyarət edilib
BMT-də Beynəlxalq Novruz Gününü qeyd edirlər
® "Məktəbim” layihəsinin şagirdləri üçün Novruz şənliyi təşkil edildi