Attraksionlarda aşkarlanmış qüsurların aradan qaldırılması üçün göstərişlər verilib
Bakı, 30 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsı və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi bayram günlərində insanların istirahət etdiyi məkanlarda - mexanikləşdirilmiş attraksionların qurulduğu parklar və əyləncə mərkəzlərində attraksionlardan istifadə zamanı təhlükəsizlik istismarını təmin etmək üçün baxış keçirib.
AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Agentliyin Qazan Qaldırıcı və Energetika Qurğularında İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət müfəttişliyinin rəisi Sahil Mənsimov deyib.
S.Mənsimov qeyd edib ki, baxış zamanı aşkarlanmış qüsurların aradan qaldırılması üçün attraksion sahiblərinə göstərişlər verilib. Həmin attraksionlarda istismar zamanı cavabdeh şəxslərin, operatorların iş yerində olması, istismar təlimatlarının mövcudluğu və digər təsirli tədbirlərin icrası ilə əlaqədar tövsiyə və tapşırıqlar onların diqqətinə çatdırılıb.
Vətən müharibəsi şəhidinin ailəsi ziyarət edilib
Azərbaycan icması Mayamidə Novruz bayramını qeyd edib
Lerikdə şəhid baş leytenant Əliqismət Yaqublunun ailəsi ziyarət olunub