×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği

2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.

Maddə 2. Bu Qanunun qüvvəyə minməsi

Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

 



İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 dekabr 2022-ci il

Qanunlar 2022-12-30 15:06:00