İstehlaka yararsız müxtəlif növ qida məhsulları məhv edilib
Bakı, 30 dekabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin olunması üçün müvafiq tədbirlər görür, həmçinin bu sahədə sahibkarlıq subyektləri ilə əməkdaşlığı davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin çərçivədə “Sun Food” Məhdud Məsuliyyətli Cəmiyyətdən istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı müraciətlər daxil olub.
Müraciətlər əsasında həmin cəmiyyət tərəfindən tədarük olunmuş, ümumi çəkisi 22,905 ton təşkil edən müxtəlif növ süd məhsulları və 88,85 ton çəkisi olan müxtəlif növ digər qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın yeni tərkibi seçilib
Bir sıra ölkələrdən heyvandarlıq və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub
İstehlaka yararsız müxtəlif növ süd məhsulu məhv edilib
Bakıxanov qəsəbəsində “Uğur” dönər satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb