Mərkəzi Bank: Gələn il dünya ticarətinin 2,5 faiz artacağı gözlənilir
Bakı, 30 dekabr, AZƏRTAC
İqtisadi artımın zəifləməsi qlobal ticarətin dinamikasına da təsir edəcək. Son proqnozlara görə, dünya ticarətinin 2023-cü ildə 2,5 faiz artacağı gözlənilir ki, bu da daha öncə verilmiş proqnozdan 0,7 faiz bəndi azdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Dünya ticarətinin dinamikasına qlobal borc yükünün həddindən artıq şişməsi, inkişaf etmiş ölkələrdə faizlərin yüksəlməsi, dünya ticarətində dominant rola malik olan dolların bahalaşması əhəmiyyətli təsir edəcək.
Fevralda POS-terminalların sayı 25 faiz artıb
Fevralda ödəniş kartları ilə 162,3 milyon manatlıq əməliyyat aparılıb
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması azalıb
Qiymətli Kağızlar üzrə Mərkəzi Depozitar Platforması və Ticarət Sistemi istifadəyə verilib