Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü cərimə olunub
Bakı, 30 dekabr, AZƏRTAC
Dekabrın 28-də saat 12 radələrində Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini Qırxlar Bədəlov idarə etdiyi “BMW” markalı avtomobillə qayda pozduğuna görə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sürücünün narkotik vasitənin təsiri altında olması polis əməkdaşları tərəfindən müəyyən olunub. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinə əsasən protokol tərtib edilməklə 400 manat məbləğində cərimələnib.
Məhkəmənin qərarı ilə Q.Bədəlov iki il müddətində sürücülük hüququndan məhrum edilib.
Saray qəsəbəsindəki yol qəzasında Oqtay Əliyev ölüb, Dilarə Əliyeva və Mehriban Zəki xəsarət alıb
BƏƏ-dən gələn Azərbaycan vətəndaşından 93 ədəd “İphone” aşkarlandı
Yasamalda avtomobilin nömrəsini oğurlayaraq pul tələb edən şəxs saxlanılıb