İSİM 200 məktəblinin iştirakı ilə sağlamlıq biliklərinə dair sorğu keçirib
Bakı, 30 dekabr, AZƏRTAC
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən cari ildə orta məktəblər arasında 200 nəfərin iştirakı ilə anonim formada keçirilən sorğuların nəticələri müzakirə olunub.
AZƏRTAC-a İSİM-dən verilən məlumata görə, mərkəzin direktoru Qəhrəman Haqverdiyev qurum tərəfindən keçirilən sorğuların və maarifləndirilmə işlərinin uğurlu nəticələrindən danışıb. Bildirib ki, məktəblilərin sağlamlıqlarının qorunması və xəstəliklərin profilaktikası istiqamətində aparılan işlər gənc nəslin sağlam formalaşmasına kömək edəcək və öz uğurlu töhfələrini verəcək.
Daha sonra İSİM-in Monitorinq və təhlil şöbəsinin müdiri İnara Makayeva “Sağlamlığı təşviq edən məktəblər” layihəsi barədə məruzə edib. Diqqətə çatdırıb ki, layihənin keçirilməsində məqsəd məktəblilər arasında sağlamlıq biliklərini formalaşdırmaq, zərərli vərdişlərdən uzaq olmağa çağırmaq, sağlam olmayan həyat tərzi səbəbindən orqanizmdə baş verə biləcək fəsadları diqqətə çatdırmaq idi.
İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev isə 2022-ci ilin fevral-mart aylarında keçirilən sorğu tədqiqatının Bakı şəhərinin 10 ümumtəhsil məktəbində pedaqoji heyət arasında aparıldığını və sağlam həyat tərzinin əsaslarına dair gənc nəslin məlumatlandırılması istiqamətində təhsil işçilərinin fikir və təklifləri öyrənildiyini qeyd edib.
Sonda keçirilən sorğular və gələcək planlar barəsində geniş fikir mübadiləsi aparılıb.
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının laboratoriyası müasir avadanlıqlarla təchiz edilib
Görmə qabiliyyəti məhdud olan şəxslər tibb müəssisələrində işlə təmin olunub
Martın 29-da Azərbaycanda COVID-19 əleyhinə 246 doza vaksin vurulub
Bu gün Azərbaycanda COVID-19-a 97 yoluxma faktı qeydə alınıb
Yetkinlik yaşına çatmayan şəxsdən transplantasiya məqsədilə orqan götürülməsi qadağandır