ƏƏSMN-in Aparatının rəhbəri Şəmkir rayonunda vətəndaşları qəbul edəcək
Bakı, 30 dekabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev yanvarın 13-də Şəmkir rayonunda sakinləri qəbul edəcək.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
Vətəndaşlar dekabrın 30-dan yanvarın 10-a qədər nazirliyə rəsmi şəkildə ([email protected] elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya 142 - Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.
Vətəndaşlar qəbula yazılan şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.
Talış kəndinin sakinləri aktiv məşğulluq tədbirləri ilə əhatə olunurlar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın yeni tərkibi seçilib
Bir sıra ölkələrdən heyvandarlıq və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub
İstehlaka yararsız müxtəlif növ süd məhsulu məhv edilib
Bakıxanov qəsəbəsində “Uğur” dönər satışı məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb