Cari ildə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna 101 qazi müraciət edib
Bakı, 30 dekabr, AZƏRTAC
Cari ilin 11 ayı ərzində Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna 50 min 241 şəxs müraciət edib.
AZƏRTAC Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, institutda ixtisaslı həkim müayinəsindən 25 min 472 şəxs keçib. Onlardan 10 min 612 xəstə Fizioterapiya şöbəsində, 3 min 430 xəstə Təbii amillərlə müalicə şöbəsində müalicə alıb.
Cari ilin iyun ayından institutun stasionar tibbi reabilitasiya şöbəsi 50 çarpayı sayı ilə yenidən fəaliyyətə başlayıb. İyun – dekabr aylarında stasionar tibbi reabilitasiya şöbəsində 321 xəstə müalicə alıb. Onlardan 101-i qazi olub. Qazilərin 6 nəfəri Türkiyə Respublikasında müalicə alıb, daha sonra İTS xətti ilə Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna müraciət edib, 11 nəfər qazi isə “YAŞAT” Fondu tərəfindən göndərilib.
Martın 25-də Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb
Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 17 yoluxma faktı qeydə alınıb
Ürək sağlamlığının qızıl qaydası - zərərli vərdişlərdən uzaq olmaq, düzgün qidalanma, fiziki fəallıq