TƏBİB: Şəhid ailəsi üzvləri, müharibə veteranları, qazi və ailə üzvlərinin işə qəbulu davam edir
Bakı, 30 dekabr, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Bakı Baş Səhiyyə Mərkəzində şəhid ailəsi üzvləri, I və II Qarabağ müharibəsi veteranları, qazi və ailə üzvlərindən ibarət daha 5 nəfər işə qəbul olunub.
AZƏRTAC TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, mərkəzin tabeliyində olan 21 və 29 nömrəli Şəhər poliklinikalarında, 21 və 29 nömrəli Birləşmiş Şəhər xəstəxanalarında, Müharibə Veteranları Respublika Xəstəxanasında müvafiq olaraq həkim-terapevt, sahə tibb bacısı, tibb bacısı və fəhlə vəzifələrinə təyin edilib.
Azərbaycan və İsveçrə arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Ramazanda tox saxlayan qidalar
Şirvan Şəhər Mərkəzi Xəstəxanasının laboratoriyası müasir avadanlıqlarla təchiz edilib
Görmə qabiliyyəti məhdud olan şəxslər tibb müəssisələrində işlə təmin olunub
Martın 29-da Azərbaycanda COVID-19 əleyhinə 246 doza vaksin vurulub