×
A
A
A
Sazlamalar

Ağdamda qanunvericiliyin tələblərini pozan müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

Bakı, 28 dekabr, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Ağdam rayonu, Sarıcalı kəndində fiziki şəxs Məmmədov Hüseyn Əli oğluna məxsus olan süd və süd məhsullarının istehsalı müəssisəsində aparılan yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb.
Müəssisədə sanitar-gigiyenik qaydaların gözlənilmədiyi, istifadə edilən xammalların üzərindəki etiket məlumatlarının Azərbaycan dilinə tərcümə edilmədiyi, anbarda saxlanılan hazır məhsulların üzərində müvafiq etiketlərin yazılmadığı, əllərin yuyulması üçün sahələrin müvafiq qaydada yerləşdirilmədiyi və əl yuma çanaqları ilə təchiz olunmadığı, pəncərələrin qoruyucu tor örtüklərinin olmadığı, yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin qida məhsullarının istehsal sahələrində saxlanıldığı, çirklənməyə qarşı müdafiə üçün münasib şəraitin təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı müəyyənləşdirilib. Həmçinin işçi heyətin soyunub-geyinmə otaqları ilə təmin edilmədiyi, tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkarlanıb.
Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.

Sosial 2022-12-28 14:41:00