×
A
A
A
Sazlamalar

® Həmrəy olaq, qəlbləri sevindirək!

“Azercell Könüllüləri” Yeni il münasibətilə uşaqlara bayram sevinci yaşadıb

Hər il olduğu kimi, bu il də “Azercell Könüllüləri” Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə uşaqlar üçün növbəti xeyriyyə aksiyası keçirib.
Könüllülər “Həmrəy olaq, qəlbləri sevindirək!” adlı kampaniya çərçivəsində İkinci Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın və qazilərimizin ailələrini, həmçinin aztəminatlı ailələri ziyarət edərək, onların övladlarını sevindiriblər. Xeyriyyə tədbiri müxtəlif yaş kateqoriyasından olan həssas qrupa aid uşaqları əhatə edib. Könüllülər “Azercell” şirkətinin əməkdaşları və onlara dəstək verən insanların köməyi ilə 200-ə yaxın uşağa hədiyyə təqdim ediblər.
Bundan əlavə, SOS Uşaq kəndlərində 100-ə yaxın uşaqla görüşən “Azercell Könüllüləri” onlara bayram sevinci yaşadıblar.
“Həmrəy olaq, qəlbləri sevindirək!” aksiyası Azərbaycanın bir çox bölgəsində, o cümlədən işğaldan azad edilmiş Zəngilanın Ağalı kəndində də reallaşıb.
“Azercell Könüllüləri” öz fəaliyyətlərini tək bayramlarda deyil, il ərzində müxtəlif xeyirxah təşəbbüslər çərçivəsində də davam etdirirlər.

İKT 2022-12-28 10:56:00