Balakəndə çay kənarında silah-sursat aşkarlanıb
Bakı, 28 dekabr, AZƏRTAC
Balakən rayonunun Xalatala kəndi ərazisində çay kənarında içərisində silah-sursat olan bağlamanın olması ilə bağlı rayon polis şöbəsinin Qabaqçöl Polis Bölməsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşları dərhal ərazinin mühafizəsini təşkil edib. Həmin bağlamaya baxış keçirilərkən “Kalaşnikov” avtomatına, “Makarov” tapançasına, ov tüfənginə məxsus patronlar, eləcə də bir ədəd lüləsi kəsilmiş tüfəng və RQD-5 qumbarası aşkarlanıb. Həmin silah-sursat oradan götürülərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Mingəçevirdə üzərində “Makarov” gəzdirən və orta məktəbdən oğurluq edən şəxslər tutulub
Saxlanılan avtomobildə keçmiş məhkumlardan narkotik vasitə aşkarlanıb
Paytaxtda qaçırılan avtomobil əzilmiş vəziyyətdə tapılıb
Paytaxtda 31 evdən 36 min manatdan çox oğurluq olub
Sosial şəbəkələrdə cinayətkarlığı təbliğ edən şəxs saxlanılıb VİDEO