×
A
A
A
Sazlamalar

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü və 32 ci bəndlərini rəhbər tutaraq, “ASAN xidmət” İşçilərinin Peşə Bayramı Günü və ilk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə qərara alıram:

1. Dövlət xidmətlərinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Mehdiyev Ülvi Ramiz oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Azadəliyev Elvin Sərvər oğlu
Bayramov Səbuhi Mikayıl oğlu
Əkbərov Adil Sədrəddin oğlu
Hüseynov Elvin Akif oğlu
Məmmədov Elşən Ramiz oğlu.
2. Jurnalistika sahəsində səmərəli fəaliyyətinə görə Emin Qabil oğlu Musaviyə “Əməkdar jurnalist” fəxri adı verilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 dekabr 2022-ci il

Sərəncamlar 2022-12-27 21:57:00