×
A
A
A
Sazlamalar

Gömrükçülər spirtli içkilər, siqaretlər və xarici valyuta aşkarlayıblar

Bakı, 27 dekabr, AZƏRTAC

Gömrük orqanları qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini davam etdirir.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynəlxalq dəniz ticarət limanı” gömrük postunda gəmi ilə ölkəmizə daxil olan minik avtomobilində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 84 ədəd spirtli içki və 1200 ədəd siqaret aşkarlanıb.
Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunun ixrac nəzarət xəttinə daxil olan “Volvo” markalı avtomobilin sürücüsünün üzərində yoxlama zamanı isə gömrük orqanına bəyan edilməyən 5340 ABŞ dolları aşkar olunub.
Hər iki faktla bağlı araşdırma aparılır.

Hadisə 2022-12-27 17:01:00