×
A
A
A
Sazlamalar

Araz Əsgərli: Komissiyanın qərarı Bakıda nəqliyyatın sıxlığını 5-10 faiz azaldıb

Bakı, 27 dekabr, AZƏRTAC

Yük avtomobillərinin paytaxta girişinə qoyulan məhdudiyyət nəqliyyatın sıxlığını 5-10 faiz azaldıb.
Bu barədə AZƏRTAC-a verdiyi açıqlamada Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli deyib.
O bildirib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası tərəfindən Bakı şəhərinə icazə verilən kütləsi yüklə birlikdə 8 tondan artıq olan yük avtomobillərinin girişinin və hərəkətinin məhdudlaşdırılması barədə qərarı, həmçinin Bakı şəhərində yolların buraxılış imkanlarının artırılmasına, əhalinin nəqliyyat təminatının yaxşılaşdırılmasına və yol hərəkətinin təhlükəsizliyinin daha etibarlı təmin edilməsinə imkan verir.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası tərəfindən müvafiq tədbirlərdən biri kimi bu il oktyabrın 27-dən xüsusi təyinatlı, o cümlədən qəza-bərpa və xilasedici nəqliyyat vasitələri istisna olmaqla, kütləsi yüklə birlikdə 8 tondan artıq olan yük avtomobillərinin səhər saat 07:00-dan axşam 22:00-dək, yanacaq daşıyan yük avtomobillərinin isə səhər saat 06:00-dan axşam saat 00:00-dək Bakı şəhərinə girişi və şəhərdaxili hərəkətinin qadağan edilməsi nəzərdə tutulub.
Eyni zamanda, icazə verilən müddət ərzində paytaxta daxil olmuş yük avtomobilləri səhər saat 07:00-dək, yanacaq daşıyan yük avtomobilləri isə səhər saat 06:00-dək şəhəri tərk etməlidirlər.

Nəqliyyat 2022-12-27 12:50:00