Bakıda 24 yaşlı qız itkin düşüb
Bakı, 27 dekabr, AZƏRTAC
Bakıda 24 yaşlı qız itkin düşüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Xəzər rayonunun Binə qəsəbəsində yaşayan Misir Həsənov rayon polis idarəsinin 3-cü polis şöbəsinə müraciət edərək bildirib ki, dekabrın 24-də onunla birlikdə yaşayan qızı 1998-ci il təvəllüdlü Zeynurə evdən çıxıb və bir daha geri qayıtmayaraq itkin düşüb. Zeynurə Misir qızının əlamətləri belədir: boyu 1,55 santimetr, gözlərinin və saçlarının rəngi qaradır. Evdən çıxan zaman əynində göy rəngli cins şalvar və boz rəngli köynək olub. Zeynurə Misir qızı haqqında məlumatı olanlardan 055-215-21-20, 051-841-41-41, 055-252-00-71, 012-590-72-03 nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Bakıda müəssisədən 8 min manatlıq oğurluq olub
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
Goranboyda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakıda 15 nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Daşkəsəndə narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb