×
A
A
A
Sazlamalar

“Sankt-Peterburq və Leninqrad vilayəti Azərbaycan Milli-Mədəni Muxtariyyəti” Şəhər İctimai Təşkilatının sədri Vaqif Məmişovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Bilirəm ki, indi Siz bütün dünyadan təbriklər alırsınız. İcazə verin, öz adımdan və “Sankt-Peterburq və Leninqrad vilayəti Azərbaycan Milli-Mədəni Muxtariyyəti” Şəhər İctimai Təşkilatının Şurası adından bu səmimi təbriklərə qoşulum.
2020-ci ildə Siz milyonlarla həmvətənimizin arzusunu həyata keçirdiniz – Sizin siyasi, diplomatik və sərkərdəlik istedadınız sayəsində tarixi Azərbaycan torpaqları olan Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildi, dövlətimizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. 44 günlük Vətən müharibəsində ölkəmizin inkişafı tarixində yeni mərhələ başladı, Cənubi Qafqazın geosiyasi mənzərəsi dəyişdi.
Cənab Prezident, ölkəmizin xoşbəxt gələcəyi bu gün Sizin uğurlu siyasətçi və məsuliyyətli rəhbər kimi davam etdirdiyiniz quruculuq siyasəti ilə bağlıdır. Siz Azərbaycan Respublikasının hər bir sakininin mənafelərini müdafiə edən dözümlülük və əməksevərlik nümunəsisiniz. Sizin peşəkar keyfiyyətləriniz sayəsində bu gün Azərbaycan energetika, iqtisadiyyat və turizm sahələrində dünyanın aparıcı ölkələrindən biridir.
2022-ci ildə mən və təşkilatımızın nümayəndələri Şuşada, Dünya Azərbaycanlılarının V Qurultayında olduq. Orada görülmüş işləri öz gözümüzlə görəndə sevincimizin həddi-hüdudu yox idi.
Rusiyada Sizi dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Rusiya-Azərbaycan əməkdaşlığının genişləndirilməsinin ardıcıl tərəfdarı kimi tanıyırlar. Sizin şəxsi dəstəyinizlə energetika, sənaye və infrastruktur sahələrində iri birgə layihələr həyata keçirilir, ölkələrimizin ictimai strukturları və biznes icmalarının xətti ilə intensiv dialoq aparılır. Biz, Rusiyada yaşayan azərbaycanlılar tarixi Vətənimizdə baş verən bütün siyasi, iqtisadi və mədəni prosesləri çox diqqətlə izləyirik.
Hörmətli Prezident, Siz əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ənənəni davam etdirərək Azərbaycanda yaşayan azərbaycanlılarla yanaşı ölkəmizin hüdudlarından kənarda yaşayan həmvətənlərimizin də qayğısına qalırsınız. Rusiyada yaşayan azərbaycanlılara daimi qayğı və diqqətinizə görə həmvətənlərimiz Sizə təşəkkür edirlər. Sizin hər bir uğurunuz bizə böyük sevinc bəxş edir. Sankt-Peterburqda Sizinlə hər bir görüşümüzü səmimiyyətlə xatırlayıram. Sizi Rusiyanın şimal paytaxtında həmişə gözləyirik.
Sizə və yaxınlarınıza səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq, Azərbaycan dövlətinin və xalqının rifahı naminə nailiyyətlər, yeni konstruktiv ideyalar və müdrik qərarlar, zəfərlər arzu edirəm.
Biz Sizi həmişə dəstəkləmişik və həmişə də dəstəkləyəcəyik.
Dərin hörmət və ehtiramla,

 



Vaqif Məmişov
“Sankt-Peterburq və Leninqrad vilayəti Azərbaycan Milli-Mədəni Muxtariyyəti” Şəhər İctimai Təşkilatının sədri

Məktublar 2022-12-27 12:34:00