×
A
A
A
Sazlamalar

“Vüqar Həşimov Memorialı-2022”nin qalibinin qələbə posteri məşhur “Times” meydanında

Bakı, 27 dekabr, AZƏRTAC

Azərbaycan şahmat tarixində ilklərlə zəngin olan “Vüqar Həşimov Memorialı” növbəti uğura imza atıb.
Turnirin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, elit şahmatçıların iştirakı ilə təşkil olunan builki memorialın qalibi özbəkistanlı Nodirbek Abdusattorovun qələbə posteri ABŞ-ın məşhur "Times" meydanında nümayiş olunub. Nyu-York sakinləri posteri şəhərin ən prestijli monitorları vasitəsilə izləyiblər.
Qeyd edək ki, daha əvvəl “Vüqar Həşimov Memorialı-2022”nin posteri də "Times" meydanında nümayiş edilmişdi.

İdman 2022-12-27 12:17:00