×
A
A
A
Sazlamalar

Mamadu Mboc karyerasını Azərbaycanda davam etdirə bilər

Bakı, 27 dekabr, AZƏRTAC

Bakının “Neftçi” klubundan ayrılan Mamadu Mboc karyerasını Azərbaycanda davam etdirə bilər.
AZƏRTAC xəbər verir ki, seneqallı müdafiəçi ilə “Səbail” və “Sumqayıt” klubları maraqlanır.
İyirmi doqquz yaşlı futbolçu özü də Azərbaycanda qalmağın əleyhinə deyil.
Futbolçunun bu klublardan hansına üstünlük verəcəyi yanvarda bilinəcək.
Qeyd edək ki, “Srvena Zvezda”, “Napredak” klublarında da oynayan futbolçu “Neftçi”yə 2019-cu ildə “Jalqris”dən keçib.

İdman 2022-12-27 11:26:00