×
A
A
A
Sazlamalar

Ötən həftə yol infrastrukturu ilə bağlı görülən işlər açıqlanıb

Bakı, 27 dekabr, AZƏRTAC

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən son həftə ərzində avtomobil yollarının yenidən qurulması, təmiri və bərpası sahəsində həyata keçirilən işlər barədə məlumat açıqlanıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu müddət ərzində “Baksol yolu”nun əsaslı şəkildə təmiri və Yasamal rayonunda Fərid Ələkbərov küçəsində aparılan təmir işləri yekunlaşıb, “Zəfər Yolu”nda hərəkətin tənzimlənməsi üçün tədbirlər görülüb, “Zığ dairəsi”ndə yeni yerüstü piyada keçidinin inşası davam etdirilir, Kəlbəcərdə isə yolların qardan təmizlənməsi işləri aparılır.
Bundan başqa, Çağrı mərkəzinin yenidən təşkili və “QR kod”un tətbiqi ilə bağlı təqdimat keçirilib, Abşeron və Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçirilib, M1 magistral yolunun yenidən qurulmuş böyük bir hissəsi, həmçinin Bakı-Şamaxı-Yevlax avtomobil yolunda daha bir piyada keçidi istifadəyə verilib, Neftçala-Kürkənd-2 N-li Mayak avtomobil yolu yenidən qurulub.

Tikinti̇ 2022-12-27 11:11:00