×
A
A
A
Sazlamalar

“Liverpul” Niderland millisinin üzvünün transferini razılaşdırıb

Bakı, 27 dekabr, AZƏRTAC
Futbol üzrə Niderland milli komandasının üzvü Kodi Qakpo karyerasını İngiltərənin “Liverpul” klubunda davam etdirəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə futbolçunun hazırda məxsus olduğu “PSV Eyndhoven” klubu məlumat yayıb.
Bildirilib ki, 23 yaşlı hücumçu bu yaxınlarda İngiltərəyə yollanacaq.
“Daily Mail” qəzetinin məlumatına görə, İngiltərə təmsilçisi futbolçunun keçidi üçün qarşı tərəfə 50 milyon avro ödəyəcək.
Qeyd edək ki, 2018-ci ildən “PSV”də çıxış edən futbolçu 159 oyunda 55 dəfə fərqlənib. O, Niderland yığmasının heyətində 13 oyunda 6 qol vurub.

İdman 2022-12-27 06:17:00