×
A
A
A
Sazlamalar

“Malyorka”nın hücumçusu ikinci dəfə Kosovoda ilin ən yaxşı futbolçusu seçilib

Bakı, 26 dekabr, AZƏRTAC

Kosovoda ilin ən yaxşı futbolçusu məlum olub.
AZƏRTAC xəbər verir ki, “Malyorka”nın hücumçusu Vedat Muriqi 2022-ci ilin ən yaxşı futbolçusu seçilib.
İyirmi səkkiz yaşlı futbolçu karyerasında ikinci dəfə ölkəsində ilin ən yaxşısı adına layiq görülüb.
Qeyd edək ki, Muriqi bu mövsüm “Malyorka” ilə La Liqada 12 oyunda 8 qol vurub.

 

İdman 2022-12-26 16:30:00