Polis əməkdaşları Qazax rayonunda evdə baş vermiş yanğının qarşısını alıblar
Bakı, 24 dekabr, AZƏRTAC
Qazax rayon Polis Şöbəsinə rayonun Daş Salahlı kəndindəki evlərdən birində yanğın hadisəsi baş verməsi, daha sonra yanğının digər bir evə keçməsi barədə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.
Polis əməkdaşları dərhal hadisə yerinə gələrək yanğının qarşısını almaq, evlərdəki vətəndaşların təxliyə edilməsi üçün ilkin tədbirlər həyata keçirib.
Bundan başqa, polis əməkdaşları hadisə yerini mühafizə edərək digər şəxslərin yaxınlaşmasının da qarşısını alıblar. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə gələrək yanğını söndürüblər. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıblar
DİN: Son 20 gündə 250 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO
Paytaxt sakininə qarşı quldurluq edilib