×
A
A
A
Sazlamalar

Slavyanka kəndi yüksəksürətli internetlə təmin olunub

Bakı, 23 dekabr, AZƏRTAC

“Aztelekom” MMC Gədəbəy rayonunun Slavyanka kəndində GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında fiber-optik şəbəkə yaradıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən (RİNN) AZƏRTAC-a bildirilib ki, Slavyanka kəndində 1004 ev təsərrüfatı yüksəksürətli internetlə əhatə olunub. Hazırda 124 abunəçi bu xidmətlərdən yararlanır və yeni qoşulmalar davam edir.
Yeni GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri təklif olunur.
Vətəndaşlar xidmətlərə qoşulmaq üçün “Aztelekom”un “170” Çağrı mərkəzinə zəng, ərazi üzrə xidmət göstərən şöbəyə (ünvan: Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə 35), həmçinin “www.aztelekom.az” saytı vasitəsilə müraciət edə bilərlər.
Müasir texnologiyaların tətbiqi istiqamətində RİNN-in həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində ölkənin digər bölgələrində də yüksəksürətli internetin təmin olunması üçün müvafiq işlər planlı şəkildə davam etdirilir.

İKT 2022-12-23 17:29:00