×
A
A
A
Sazlamalar

“Xocəsən” stansiyası ilk sərnişinlərini qəbul edir VİDEO

Bakı, 23 dekabr, AZƏRTAC

“Xocəsən” stansiyası ilk sərnişinlərini qəbul edir.
AZƏRTAC xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədovun sözlərinə görə, “Xocəsən” stansiyası “Bakımetrolayihə” İnstitutunun mütəxəssisləri tərəfindən layihələndirilib. Stansiyanın istismara verilməsi ilə “Bənövşəyi xətt”in sərnişinləri artıq 7 vaqondan ibarət qatarlardan istifadə edə biləcək. Bakı metrosunun sayca 27-ci stansiyası olan “Xocəsən” “Bakmil”dən fərqli olaraq sərnişindaşımalarına daha intensiv cəlb ediləcək.
Metropolitenin mətbuat katibi Bəxtiyar Məmmədov isə qatarların intervalı ilə bağlı məsələyə toxunub. Qeyd edib ki, “Bənövşəyi xətt”də qatarlar “Avtovağzal” stansiyasından 8 dəqiqəlik intervalla hərəkət edir. Həmin stansiyadan sərnişinlər bir qatardan bir “Xocəsən” stansiyasına gələ biləcək: “Avtovağzaldan hərəkət edən qatarlar bir dəfə “8 Noyabr”, növbəti dəfə “Xocəsən” stansiyasına daxil olacaq və bunun nəticəsində də “Xocəsən”dən yola düşən qatarların intervalı 16 dəqiqə təşkil edəcək. Gələcəkdə sərnişinlərin sıxlığı və bir sıra məsələlər nəzərə alınaraq qatarların intervalı dəyişdirilə bilər”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə dekabrın 23-də Bakı Metropoliteninin “Xocəsən” elektrik deposunun və “Xocəsən” stansiyasının açılışı olub.

Nəqliyyat 2022-12-23 13:13:00

Video