® “NEQSOL Holding” yeni təyinatlarla korporativ idarəetməni daha da gücləndirir
“NEQSOL Holding” beynəlxalq şirkətlər qrupu strategiyasına əsasən inkişafını davam etdirir. Qrupun hazırda 9 ölkədə aktivləri və əməliyyatları, eləcə də Bakı, Amsterdam və Kiyevdə 3 regional ofisi var.
Korporativ strategiyanın bir hissəsi olaraq, regional korporativ idarəetmənin gücləndirilməsi və biznesin davamlılığının təmin edilməsi holdinqin diqqət mərkəzindədir. Liderlərin ardıcıllığı planlarına əsasən, Qrup regional ofislərə və direktorlar şuralarına yeni təyinatlar elan edib.
İmran Əhmədzadə “NEQSOL Holding” Azərbaycan ofisinin rəhbəri təyin olunub. O, həmçinin “NEQSOL Holding”də Qrup üzrə Baş Maliyyə Direktoru kimi hazırkı rolunu və holdinqin tərkibindəki şirkətlərin direktorlar şuralarında fəaliyyətini davam etdirəcək.
İmran Əhmədzadənin bank, enerji, telekommunikasiya və tikinti sahələrində 18 illik böyük təcrübəsi var. O, 2013-cü ildə “NEQSOL Holding”in tərkibinə daxil olan “Nobel Energy”də Xəzinədarlıq üzrə Baş Direktor, 2017-ci ildə “NEQSOL Holding”də Baş Maliyyə Direktorunun Müavini, 2018-ci ildə isə Baş Maliyyə Direktoru təyin olunub.
İmran Əhmədzadə Harvard Biznes Məktəbinin məzunudur.
“NEQSOL Holding”, həmçinin “Bakcell” şirkətində Direktorlar Şurasının sədri vəzifəsi ilə yanaşı, Vasil Latsaniçin “Vodafone Ukrayna” şirkətinin Direktorlar Şurasına sədr təyin olunduğunu elan edir.
Vasil Latsaniç Niderland, Ukrayna, İtaliya, Rusiya, Belarus, Özbəkistan, Türkmənistan və Hindistanda telekommunikasiya sənayesində 20 ildən çox beynəlxalq təcrübəyə malikdir. O, London Biznes Məktəbinin məzunudur.
Yusif Cabbarov “NEQSOL Holding”in baş direktoru vəzifəsində fəaliyyətini davam etdirərək holdinqin beynəlxalq biznesini nəzarətdə saxlayacaq. Təyinatları şərh edən Yusif Cabbarov deyib: “Regional ofislər fəaliyyət göstərdiyimiz bazarlarda fokusu artırmağa, eləcə də holdinq və onun müxtəlif regionlardakı şirkətləri arasında koordinasiyasını gücləndirməyə imkan verir. 2020-ci ildən Volodimir Lavrençukun rəhbərlik etdiyi Ukrayna ofisimiz həmin regionda biznesin inkişafı və investisiya təşəbbüsləri baxımından böyük töhfə verib. Liderlərin ardıcıllığı proqramının nəticəsi olaraq, İmran Əhmədzadənin “NEQSOL Holding” Azərbaycan ofisinin rəhbəri təyin edilməsi Azərbaycanda biznesimizin inkişafına daha da töhfə verəcək, çünki o, bizim üçün əsas fəaliyyət bazarı olaraq qalır. Əminəm ki, bazarı dərindən bilməsi və telekommunikasiya şirkətlərində böyük təcrübəsi sayəsində Vasil Latsaniç “Vodafone Ukrayna”nın Direktorlar Şurasının sədri rolunda şirkətin daha da böyüməsinə töhfə verəcək.
Böyüyən beynəlxalq qrup olaraq, biznesin dayanıqlı inkişafını təmin etmək üçün liderlərin ardıcıllığı və rəhbər komandaların inkişafı bizim üçün prioritetdir. “NEQSOL Holding”in öz əməkdaşlarına sərmayə etməyə davam edəcək, çünki bizneslərinin gələcəyinə sərmayə edir”.
“NEQSOL Holding”, Azərbaycan, Böyük Britaniya, ABŞ, Türkiyə, Ukrayna, Niderland, Gürcüstan, BƏƏ və Qazaxıstanda enerji, telekommunikasiya, yüksək texnologiya və tikinti sahələrində fəaliyyət göstərən çoxsahəli beynəlxalq şirkətlər qrupudur.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb