×
A
A
A
Sazlamalar

Memarlar İttifaqının üzvü: Bakıda çoxmərtəbəli binalar 8-9 ballıq zəlzələyə davamlıdır

Bakı, 22 dekabr, Ramiz Quliyev, AZƏRTAC

Müasir dövrdə inşaat sahəsində dəmir-beton öz yerini metal konstruksiyaya verib. Belə ki, metal konstruksiya çox dayanıqlı, möhkəm və elastik olduğu üçün müasir memarlıqda daha çox tətbiq olunur. Məhz bu səbəbdən Bakının özündə çoxmərtəbəli binalar 8-9 bal gücündə zəlzələyə davamlıdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Memarlar İttifaqının üzvü, memar Fəzail Bayramov deyib.
Memar bildirib ki, İsmayıllı rayonunun dağ hissələri xeyli seysmo aktiv olduğundan orada çoxmərtəbəli deyil, yalnız 1 mərtəbəli evlərin tikintisi məqsədəuyğundur. Çünki bu yerlərdə 9-10 bal gücündə zəlzələ olması mümkündür. Odur ki, hər hansı bir ərazidə bina tikilərkən, yaşayış məskəni salınarkən həmin ərazilərdə torpağın qruntu, geoloji xüsusiyyətləri öyrənilməlidir. Həmçinin layihə hazırlanarkən qanunvericilikdə nəzərdə tutulmuş müvafiq normalara əməl edilməlidir.

Tikinti̇ 2022-12-22 13:51:00