×
A
A
A
Sazlamalar

Bu yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakı, 22 dekabr, AZƏRTAC

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 25-ci kilometrlik hissəsində (Heydər Əliyev adına Bakı dərin özüllər zavodunun önü) yeni inşa edilən yerüstü piyada keçidinin aşırım hissəsinin quraşdırılması ilə əlaqədar dekabrın 24-dən 25-nə keçən gecə saat 00:00-dan etibarən səhər saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
Bu barədə AZƏRTAC-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Sürücülərdən qeyd olunan saatlarda sözügedən ərazidə yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

Tikinti̇ 2022-12-22 11:24:00