Dələduzluqla məşğul olan Banqladeş vətəndaşı Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılıb
Bakı, 22 noyabr, AZƏRTAC
“Azərbaycan Hava Yolları”nın Təhlükəsizlik İdarəsinin əməkdaşları Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirdikləri xüsusi baxış zamanı Banqladeş vətəndaşı İslam Md Shahidul adlı şəxsi saxlayıblar.
Aeroportdan AZƏRTAC-a bildirilib ki, baxış zamanı onun üzərindən 20 ədəd Banqladeş pasportu və 2 möhür aşkarlanıb. Araşdırmalar nəticəsində məlum olub ki, həmin şəxs həmyerlilərini iş vədi ilə aldadaraq müəyyən pul müqabilində onları Avropa ölkələrindən birinə göndərəcəyi adı ilə Azərbaycan Respublikasına gətirib. Habelə pasportlara baxış keçirilən zaman Serbiyanın saxta vizaları da aşkar edilib. Təhlükəsizlik əməkdaşları sayəsində həmin şəxs aşkarlanıb və Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıblar
DİN: Son 20 gündə 250 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO
Paytaxt sakininə qarşı quldurluq edilib