×
A
A
A
Sazlamalar

Kiberdayanıqlı informasiya infrastrukturunun formalaşması məsələləri müzakirə olunub

Bakı, 21 dekabr, AZƏRTAC

Dünyanın hazırkı kritik sosial-iqtisadi və ictimai-siyasi inkişaf mərhələsi əsas etibarilə təbii fəlakətlər, pandemiyalar və regional münaqişələr kimi neqativ amillərlə xarakterizə olunur. Onların əksəriyyətini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil. Yaxın vaxtlarda bunun uğurlu həlli tapılmazsa, planetin iqtisadi infrastrukturu ciddi zədələnəcək və onun yenidən qurulması zərurəti yaranacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri iqtisad elmləri doktoru Əlövsət Əliyev “Regional və milli iqtisadiyyatların təhlükəsiz və kiberdayanıqlı informasiya infrastrukturunun formalaşması məsələlərinə konseptual yanaşma” mövzusuna həsr olunmuş elmi seminarda danışıb.
Məruzəçi davamlı, dayanıqlı inkişaf və dayanıqlılıq problemi, informasiya təhlükəsizliyinin iqtisadi aspektləri, İKT-nin iqtisadi təhlükəsizliyin təmin edilməsi məsələləri və s. haqqında bəhs edib. Diqqətə çatdırıb ki, tədqiqatın əsas məqsədi regional və milli iqtisadiyyatların informasiya infrastrukturunun təhlükəsizliyi və kiberdayanıqlılığın mahiyyətinin müəyyənləşdirilməsindən, eləcə də onun yüksəldilməsi sahəsində konseptual mexanizmlərin işlənilməsindən ibarətdir. Kiberdayanıqlılığın əhatə dairəsinə aid olan məsələlərin konturlarının müəyyənləşdirilməsi, onların həllinə konseptual formada elmi dəstəyin verilməsi isə tədqiqatın əsas vəzifəsidir.

Texnologiya 2022-12-21 15:06:00