×
A
A
A
Sazlamalar

Diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin beynəlxalq forumu öz işini Şuşada davam etdirir

Şuşa, 21 dekabr, Elmir Səftərov, AZƏRTAC

Diaspor Məsələlərinə məsul Dövlət Qurumları Rəhbərlərinin Beynəlxalq Bakı-Şuşa Forumu öz işini dekabrın 21-də Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı Şuşada davam etdirir. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AZƏRTAC xəbər verir ki, forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Türk Dövlətləri Təşkilatının tərəfdaşlığı ilə keçirilir.
Forumda Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Yerjan Mukaş, Macarıstanın Milli Siyasət üzrə Dövlət katibi Arpad Yanos Potapi, Qırğız Respublikasının Prezidenti yanında Dövlət dili və Dil Siyasəti üzrə Milli Komissiyanın sədri Kanybek Osmonaliev, Şimali Kipr Türk Cümhuriyyətinin Xarici İşlər Nazirliyi Katibliyinin rəisi Kemal Köprülü və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, dekabrın 20-də Azərbaycan, Özbəkistan, Türkiyə və Qırğızıstanın diaspor məsələlərinə məsul qurumları arasında anlaşma memorandumları imzalanıb.

Diaspor 2022-12-21 14:05:00