×
A
A
A
Sazlamalar

DİN: Ölkə ərazisində qeydə alınan 50 cinayətin üstü açılıb

Bakı, 21 dekabr, AZƏRTAC

Dekabrın 20-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 88, o cümlədən borclu şəxs qismində axtarılan 69 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında ölümlə nəticələnən bir yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, yeddi nəfər isə xəsarət alıb.
Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı səkkiz fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Hadisə 2022-12-21 10:58:00