×
A
A
A
Sazlamalar

Yasamal rayonunda Fərid Ələkbərov küçəsi təmir olunub

Bakı, 20 dekabr, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, paytaxtın Yasamal rayonunda Fərid Ələkbərov küçəsinin Hüseyn Cavid prospekti ilə Süleyman Dadaşov küçəsi arasında yerləşən hissəsində təmir işləri aparılıb.
Agentliyin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, təmir çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması, 300 poqonometr köhnə səki daşlarının bərpası işləri görülüb, küçəyə 600 poqonometr yeni bordür daşı düzülüb.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb. Yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq istifadəyə verilib.
Bütün işlər “İnşaat Norma və Qaydaları”na uyğun, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə icra olunub.
Qeyd olunub ki, cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6 kilometr təşkil edən 5 küçə təmir edilib.
Agentlik tərəfindən 2021-ci ildə Yasamal rayonu ərazisində ümumi uzunluğu 3,5 kilometr təşkil edən küçələr təmir olunub.

Tikinti̇ 2022-12-20 20:00:00