×
A
A
A
Sazlamalar

Professor Yonuts Purika: Elektrik enerjisi sahəsində əməkdaşlıq Azərbaycanın əhəmiyyətini daha da artırır

Buxarest, 20 dekabr, AZƏRTAC

Dekabrın 17-də imzalanan Buxarest Sazişi Rumıniyada enerji təhlükəsizliyinin artırılmasına, Macarıstan və Moldovada davamlı ixrac imkanlarına, həmçinin kömür istehsalından yeni texnologiyaya keçidə töhfə verə bilər.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Rumıniya Akademiyasının İqtisadi Proqnozlaşdırma İnstitutunun elmi işçisi, Enerji və Ətraf Mühit Məsləhət Mərkəzinin icraçı direktoru, Rumıniya Parlamentinin enerji məsələləri üzrə eksperti, Rumıniyanın Avropa İttifaqına (Aİ) üzvlük və enerji strategiyasının hazırlanmasında iştirak edən professor elmlər doktoru Yonuts Purika bildirib.
Onun sözlərinə görə, Azərbaycan qaz tədarük etməklə Aİ-nin enerji təhlükəsizliyi üçün mühüm rol oynamağa başlayıb. Elektrik enerjisi sahəsində əməkdaşlığın genişləndirilməsi isə Azərbaycanın əhəmiyyətini daha da artırıb. Elektrik sistemlərinin qarşılıqlı əlaqəsi Azərbaycan üçün Aİ-yə inteqrasiya prosesində, əlaqələrin möhkəmlənməsində, qarşılıqlı maraqların qorunmasında mühüm addımdır.
Saziş Rumıniya ilə Azərbaycan arasında müxtəlif iqtisadi sahələrdə davamlı, geniş əməkdaşlıq platforması yaradır.

İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Energetika 2022-12-20 18:06:00