×
A
A
A
Sazlamalar

Əsas kapitala yönəldilmiş vəsaitin 58,9 faizi sənaye və tikinti sahələrinə sərf olunub

Bakı, 19 dekabr, AZƏRTAC

Cari ilin yanvar-noyabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 40,9 faizi sənaye, 30,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 18 faizi tikinti sahələrinə sərf olunub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin müddət ərzində sözügedən vəsaitin hər birində 2,3 faiz olmaqla kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, dövlət idarəetməsi və müdafiə; sosial təminat, 1,8 faizi informasiya və rabitə, 1,3 faizi təhsil, 0,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 0,7 faizi maliyyə və sığorta fəaliyyəti, hər birində 0,5 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 0,4 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, hər birində 0,1 faiz olmaqla peşə, elmi və texniki fəaliyyət sahələrinə sərf edilib.

Tikinti̇ 2022-12-19 17:02:00