×
A
A
A
Sazlamalar

® Qarşılayın, yeni “Toyota Corolla Cross” VİDEO

• Hər kəsə uyğun “Corolla” – dünyada ən çox satılan SUV modeli

• Əsl SUV görünüş və ailəli müştərilər üçün praktiklik
• Toyotanın ilk dəfə tətbiq olunan beşinci nəsil özü şarj olan hibrid elektrik sistemi ilə daha çox güc qazanır, yüksək yanacaq və dövriyyə səmərəliliyi isə sürücülüyü zövqə çevirir.
• Yeni elektron platforma 12,3 düym tam dijital kombimetr, “Toyota Smart Connect” Multimedia ekranı və 10.5 düym yüksək keyfiyyətli əylənmə-öyrənmə paketli sensor ekranı dəstəkləyir.
• “T-Mate” ilə çox güvənli: “Toyota Safety Sense”in ən son nəsil, yeni və təkmilləşdirilmiş funksiyaları, həmçinin aktiv sürücülük və parkinq yardım sistemləri ilə birləşməsi.

“The Corolla Cross” ətraflı
Müasir “Corolla” çeşidi “Corolla Cross” praktiki ailə avtomobili “C-SUV” sinfinə daxildir. Beləliklə, “Toyota”” Avropa C-seqmentində və ümumi bazarda ən geniş SUV modelləri içərisində daha da güclü seçilir. “Corolla” 55 il ərzində 12 nəsildə 50 milyondan çox satış rekordu əldə etməklə dünyanın ən çox satılan avtomobili titulunu özündə saxlayır.
Gündəlik istifadəyə uyğun, praktik və universal avtomobilin güclü “Toyota SUV” görünüşünü aydın və geniş interyer tamamlayır. Gövdə genişdir və asan hərəkət üçün dizayn olunub. “Toyota”nın yeni 12.3 düym tam dijital kombimetrdə (bütün növlərdə standartdır) sürücü kontent və görüşünü istəyinə uyğun dəyişə bilər.
“Corolla” 55 il ərzində 12 nəsildə 50 milyondan çox satış rekordu əldə etməklə dünyanın ən çox satılan avtomobili titulunu özündə saxlayır.

Beşinci nəsil “Toyota” hibrid elektrik mexanizmi
Bu yeni model 2 litrlik hibrid mühərrikə sahibdir. 2 litrlik hibrid mühərrikin gücü 8 faiz artırılıb və 197 at gücü/145kW-ə çatıb. Bununla da CO2 emissiyasını 113 və 120 arasında saxlamaqla saatda 0-100 kilometr sürəti 7,6 saniyəyə qət edə bilir.

“Toyota T-Mate” təhlükəsizlik və sürücülük assistenti
Bu yeni model “Toyota T-Mate” vasitəsilə təhlükəsizlik səviyyəsi və sürücülük assistentliyinin inkişafını, “Toyota Safety Sense” vasitəsilə qəza riski aşkarlanması və aktiv təhlükəsizlik funksiyalarının artımını nümayiş etdirir. Avtomobil zərbəyə məruz qaldıqda onun sərt konstruksiyası və hərtərəfli təhlükəsizlik xüsusiyyətləri ilə avtomobildəki hər kəs üçün güclü qorunma təmin edir.

Yeni dijital sürücü paneli
“Toyota Corolla” ilk “Toyota” modelidir ki, sürücü panelində 12.3 düym dijital kombimetr istifadə olunub. Kombimetrdə 3 müxtəlif mövzu mövcuddur: “Casual”, “Smart” və “Tough Sporty”. Sükandakı keçid alətlərindən istifadə ilə seçim prosesi sadədir.

“Toyota smart connect” multimedia ekranı
Bütün “Corolla Cross” modellərinin standart olaraq sahib olduğu üstünlüklər: Səsli əmr ilə 10.5 düym yüksək görüntü keyfiyyətli sensor ekran; “Apple CarPlay”in blutuz vasitəsilə smartfona və (naqillə) “Android Auto”ya inteqrasiyası.

Nəqliyyat 2022-12-19 12:46:00

Video