×
A
A
A
Sazlamalar

Fərid Əhmədov: Azərbaycanda İKT sahəsində kadr hazırlıqlarına ciddi ehtiyac var

Bakı, 19 dekabr, AZƏRTAC

Bu gün Azərbaycanda İKT sahəsində mütəxəssis baxımından ciddi qıtlıq mövcuddur. Ona görə də bu sahələrdə kadr hazırlıqlarına ciddi ehtiyac var.
AZƏRTAC xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin dekabrın 19-da keçirilən iclasında çıxışı zamanı deyib.
O, rəqabətədözümlü məhsulların hazırlanması üçün bu sahədə tədqiqatların hazırlanmasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, bu sahədə vergi və digər yüklərin azaldılması, həmin bizneslərin qənaət etdikləri vəsaiti tədqiqata yönəltməsi ilə nəticələnə bilər. Bu, Azərbaycanda İKT sahəsində rəqabətədözümlü məhsulların bazara çıxarılması və ixrac edilməsinə gətirib çıxara bilər.

İKT 2022-12-19 12:26:00