Teodora Marin: Avropa İttifaqının Azərbaycan kimi etibarlı tərəfdaşlara ehtiyacı var
Buxarest, 19 dekabr, AZƏRTAC
Rumıniyada imzalanan Saziş region ölkələrinin enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Avropa İttifaqı (Aİ) və Xəzər hövzəsi ölkələrinə daha böyük enerji layihələri üçün zəmin yaradır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Rumıniya Peşəkar Jurnalistlər İttifaqının müavini, “Ultima Ora” qəzetinin baş redaktoru, siyasi analitik Teodora Marin deyib.
T.Marin qeyd edib ki, Azərbaycanın sürətli, dinamik inkişafı Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyev tərəfindən uğurla davam edən siyasi yolun nəticəsidir. Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı ən yüksək səviyyəyə çatıb. Aİ-nin Azərbaycanla enerji, qaz və digər sahələrdə birgə fəaliyyəti Xəzər hövzəsi və Mərkəzi Asiya ölkələrini gələcəkdə bu layihələrə cəlb etmək üçün münbit platforma yaradacaq.
Rumıniyanın “Romgaz” şirkəti ilə SOCAR arasında imzalanan Saziş barədə də danışan T.Marin bildirib ki, bu, iki ölkə üçün böyük uğurdur. Bu layihə iki dost ölkənin əməkdaşlığının inkişafında, əlaqələrin möhkəmlənməsində mühüm əhəmiyyət kəsb edir. Zaman göstərir ki, Avropa İttifaqının Azərbaycan kimi güclü rəhbəri olan etibarlı tərəfdaşlara ehtiyacı var. Xüsusilə dünyada baş verən dəyişikliklər fonunda bu, daha da aktuallaşır.
Qeyd edək ki, dekabrın 17-də Prezident İlham Əliyevin iştirakı ilə imzalanan Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş “Ultima Ora” qəzeti də daxil olmaqla, Rumıniyanın bir sıra KİV-lərində geniş işıqlandırılıb.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir