Rumıniyada imzalanan Saziş regionda “yaşıl enerji”nin ixracı ilə bağlı yeni imkanlar yaradacaq
Bakı, 17 dekabr, AZƏRTAC
Rumıniya ilə Azərbaycan arasında elektrik enerjisinin nəqli üçün Qara dəniz vasitəsilə sualtı kabel çəkiləcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Vüqar Bayramov bildirib ki, bu gün Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında imzalanan Saziş bu regionda “yaşıl enerji”nin inkişafı və ixracı ilə bağlı yeni imkandır.
Sazişi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rumıniyanın Baş naziri Nikolae Çuke, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Macarıstanın Baş naziri Viktor Orban imzalayıblar. İmzalanma mərasimində Rumıniya Prezidenti Klaus Yohannis və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iştirak ediblər.
Avropa Komissiyası artıq anlaşma ilə bağlı açıqlama yayaraq bunu “Aİ-nin Cənubi Qafqazdakı tərəfdaşlığını inkişaf etdirəcəyini və hər iki regiona təmiz enerji keçidində kömək edəcəyini, eyni zamanda, təchizat təhlükəsizliyini artıracağını bəyan edib. Brüssel etibarlı tərəfdaşlarla əməkdaşlığın getdikcə daha çox əhəmiyyət kəsb etdiyini bildirib”.
Qeyd edək ki, bu anlaşma Qara dəniz hövzəsində milli və regional enerji təhlükəsizliyinin güclənməsi, təchizat mənbələrinin şaxələndirilməsi, Xəzərdə bərpaolunan enerji istehsalı potensialının kapitallaşdırılması ilə bağlı dörd ölkə arasında əməkdaşlığın əsasını qoyacaq. Dördtərəfli hökumətlərarası Saziş Rumıniya ilə Azərbaycan arasında bərpaolunan mənbələrdən elektrik enerjisinin nəqli üçün Gürcüstan və Qara dəniz vasitəsilə sualtı kabelin çəkilməsini nəzərdə tutur.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir