×
A
A
A
Sazlamalar

Əhalinin gəlirləri 62 milyard manatı ötüb

Bakı, 17 dekabr, AZƏRTAC

Cari ilin yanvar-noyabr aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən nominal ifadədə 20,5 faiz artaraq 62 milyard 233,9 milyon manata çatıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə əhalinin hər nəfərinə orta hesabla 6182,2 manatlıq gəlir düşüb. Əhalinin sərəncamında qalan gəlirlər 55 milyard 761,6 milyon manat təşkil edib.

Maliyyə 2022-12-17 12:00:00