×
A
A
A
Sazlamalar

Ağdaşda "Azərişığ"ın əməkdaşını elektrik cərəyanı vuraraq öldürüb

Bakı, 16 dekabr, AZƏRTAC

“Azərişığ”ın iki əməkdaşını elektrik cərəyanı vurub.
DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, hadisə bu gün saat 15:45 radələrində qeydə alınıb.
"Azərişıq ASC"nin Ağdaş şəhəri ərazisindəki elektrik şəbəkəsinin inzibati binasının həyətyanı sahəsində təmir işləri görən əməkdaşları - 1986-cı il təvəllüdlü Elşən Mustafayev və 1983-cü il təvəllüdlü Ceyhun Nəbiyevi elektrik cərəyanı vurub.
C.Nəbiyev hadisə yerində ölüb, yanıq xəsarətləri alan E.Mustafayev xəstəxanaya yerləşdirilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Hadisə 2022-12-16 22:28:00