×
A
A
A
Sazlamalar

Bakıda dördmərtəbəli yaşayış binasında yanğın olub

Bakı, 16 dekabr, AZƏRTAC

Bakının Binəqədi rayonunda dördmərtəbəli yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinə istinadla xəbər verir ki, yüksək temperaturdan 1 ədəd televizor, 1 ədəd kondisioner, otağın qapı və pəncərə çərçivəsi qismən qarsalanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 10 nəfər (onlardan 5-i uşaqdır) bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə 2022-12-16 22:15:00