Binəqədi rayonunda evlərdən məişət əşyaları oğurlayan şəxs saxlanılıb VİDEO
Bakı, 16 dekabr, AZƏRTAC
Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Binəqədi qəsəbəsində iki evdən məişət əşyaları və neft qurğularının elektrik avadanlıqlarını oğurlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş Elşən Əşrəfov tutularaq istintaqa təqdim olunub.
Faktlarla bağlı 43-cü polis bölməsində toplanan materiallar istintaqa təqdim olunub.
Elşən Əşrəfovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, 43-cü polis bölməsinə və ya ərazi polis orqanlarına məlumat verə bilərlər.
Saray qəsəbəsində ağır yol nəqliyyat hadisəsi zamanı üç nəfər ölüb
Qaradağda qətlə yetirilən kişinin ölüm səbəbi açıqlanıb
Pulemyot satmaq istəyən şəxs həbs olunub
Ələtdə qətl törədən şəxs tutulub
Ələtdə evdə üzərində zorakılıq əlamətləri olan meyit aşkarlanıb - YENİLƏNİB