Türkiyədə həkimlər 15 yaşlı uşağın mədəsindən 1 metrlik kabel çıxarıblar VİDEO
Bakı, 16 dekabr, AZƏRTAC
Türkiyənin Diyarbakır şəhərində qusma və ürəkbulanma şikayətləri ilə xəstəxanaya aparılan 15 yaşlı oğlanın mədəsində rentgen müayinəsi zamanı 1 metr uzunluğunda enerji yükləyici kabel aşkarlanıb.
AZƏRTAC medimagazin.com.tr-ə istinadla bildirir ki, Fırat Universiteti Xəstəxanasının Uşaq qastroenterologiyası, hepatologiya və qidalanma kafedrasının müdiri, professor Yaşar Doğan və komandasının həyata keçirdiyi endoskopik əməliyyatla uşağın mədəsindəki kabel müvəffəqiyyətlə çıxarılıb.
Əməliyyatı icra edən Yaşar Doğan kabelin bir ucunun nazik bağırsağa keçdiyi üçün çətinlik çəkdiklərini bildirib. Qeyd edib ki, uşaq müalicədən sonra sağlam şəkildə evə buraxılıb.
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib