Orxan Məmmədov: Startapların inkişafı üçün Polşa təcrübəsini öyrənməkdə maraqlıyıq
Bakı, 16 dekabr, AZƏRTAC
Biz mikrobiznes və startaplarının inkişafı, eləcə də müvafiq ekosistemin qurulması sahəsində Polşa təcrübəsini öyrənməkdə maraqlıyıq.
AZƏRTAC xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Polşa-Azərbaycan İnnovasiyalar Seminarında deyib.
“Əminəm ki, innovativ sahibkarlığın inkişafı Azərbaycanın və Polşanın mövcud iqtisadi potensialının güclənməsinə yol açacaq. Birgə təşəbbüslər hər iki ölkənin sahibkarları, startapçıları və investorları arasında müvafiq platformaların yaradılmasına töhfə verəcək və gələcək əməkdaşlığımızı stimullaşdıracaq”, - deyə O.Məmmədov vurğulayıb.
® “Azercell” “Onlayn Autizm Portalının İnkişaf Etdirilməsi” layihəsinə dəstək verir
Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb
İnformasiya və rabitə sahəsinə xərclənən vəsait açıqlanıb
İnformasiya və rabitə müəssisələri 459,3 milyon manatlıq xidmət göstərib
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib