×
A
A
A
Sazlamalar

Gəncəyə uçan Rusiyaya məxsus təyyarə duman səbəbindən Bakıya enib

Bakı, 15 dekabr, AZƏRTAC

"Utair" aviaşirkətinin Moskva-Gəncə marşrutu üzrə reys həyata keçirən hava gəmisinin kapitanı təyinat yerini bürüyən dumanla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan AZƏRTAC-a bildirilib ki, “Boeing 737” təyyarəsi yerli vaxt ilə saat 10:42-də Bakı hava limanına eniş edib.

Nəqliyyat 2022-12-15 12:31:00