Cənubi Qafqaz Boru Kəməri Azərkosmos tərəfindən peyk interneti ilə təmin olunub
Bakı, 15 dekabr, AZƏRTAC
Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) Azərbaycan hissəsində yerləşən strateji əhəmiyyətli Ərsin Buraxma Stansiyası zəruri peyk interneti rabitəsi ilə təmin olunub. Bununla bağlı CQBK-nın operatoru olan “SOCAR Midstream Operations” şirkəti ilə Azərkosmos arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
SOCAR-dan AZƏRTAC-a bildirilib ki, stansiya ənənəvi rabitə vasitələrinin əhatə dairəsi xaricində yerləşir. Peyk internetindən istifadə ucqar ərazilərlə əlaqəni gücləndirməklə CQBK-nın texniki operatorluğunun keyfiyyətini daha da yaxşılaşdırıb.
İnternet xidmətləri “Azerspace-1” peykinin “Azconnexus” platforması vasitəsilə göstərilir.
“Azconnexus” platforması Azərkosmosun operatoru olduğu “Azerspace-1” telekommunikasiya peyki üzərindən fasiləsiz, təhlükəsiz və yüksək keyfiyyətli internet xidməti təqdim edir. Bu platforma istifadəçilərə peyk interneti vasitəsilə video, audio və data daxil olmaqla müxtəlif trafik növlərindən faydalanmağa imkan verir.
® “Azercell” “Onlayn Autizm Portalının İnkişaf Etdirilməsi” layihəsinə dəstək verir
Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı artıb
İnformasiya və rabitə sahəsinə xərclənən vəsait açıqlanıb
İnformasiya və rabitə müəssisələri 459,3 milyon manatlıq xidmət göstərib
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara xəbərdarlıq edib