×
A
A
A
Sazlamalar

Gürcüstanda Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınma şərtləri müzakirə olunub

Bakı, 14 dekabr, AZƏRTAC

Dekabrın 14-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovla “Gürcüstan Dəmir Yolu” SC-nin baş direktoru David Peradze arasında ikitərəfli görüş keçirilib.
ADY-dən AZƏRTAC-a bildirilib ki, görüşdə iki ölkə arasında nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişaf perspektivləri, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti, eləcə də Poti, Batumi və Kulevi limanları istiqamətində daşınma şərtləri və proseslərin optimallaşdırılması müzakirə edilib.
Qeyd edək ki, səfər çərçivəsində, həmçinin nümayəndə heyətləri arasında “Azərbaycan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi” və “Asiya-Sakit okean ölkələri-Çin-Qırğızıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Avropa” beynəlxalq multimodal marşrutlarının inkişafı üzrə birgə fəaliyyət istiqamətlərinin razılaşdırılması ilə bağlı məhsuldar müzakirələr keçirilib.

 

Nəqliyyat 2022-12-14 17:45:00